...

Elmar Məmmədyarov: Türkiyə prezidentinin Azərbaycana səfəri aprelin 4-5-nə planlaşdırılır

Siyasət Materials 27 Mart 2006 15:08 (UTC +04:00)

Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana səfəri aprelin 4-5-nə planlaşdırılır. Trend in xəbər verdiyi kimi, bu barədə martın 27-də jurnalistlərlə söhbətində xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Hazırda səfər zamanı imzalanacaq sazişlər razılaşdırılır", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr davam etdirilir.

Xatırladaq ki, Əhməd Nəcdət Sezərin Bakıya səfəri yanvarın 25-26-na planlaşdırılmışdı. Lakin hər iki ölkədə hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar səfər təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti