...

Əfqanıstan parlamentinin Aşağı Palatasının spikeri Azərbaycana səfər edəcək

Siyasət Materials 4 Aprel 2006 11:15 (UTC +04:00)

Əfqanıstan parlamentinin Aşağı Palatasının spikeri Yunis Qanuni Azərbaycana səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu məsələ Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Eynulla Mədətlinin Y.Qanuni ilə Kabulda görüşü zamanı müzakirə olunub.

Görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı yolları müzakirə mövzusu olub. Y.Qanuni Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun adından Bakıya rəsmi səfərə dəvət olunub. Y.Qanuni bu dəvəti qəbul edib.

E.Mədətli Əfqanıstanın Xarici İşlər Nazirliyində də görüşlər keçirib və bu ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində və İslam İnkişaf Təşkilatı XİN başçılarının görüşündə iştirakı ilə bağlı məsələni müzakirə edib.

E.Mədətli "Böyük Mərkəzi Asiya: tərəfdaşlıq, ticarət və inkişaf" adlı konfransda iştirak etmək məqsədilə aprelin 1-2-də Kabulda olub. O, həmçinin, Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlılarla da görüşüb.

Xəbər lenti

Xəbər lenti