...

Rəbiyyət Aslanova: "Azərbaycandan Avropa insan hüquqları məhkəməsinə edilən şikayətlərin sayı azalıb"

Siyasət Materials 4 Aprel 2006 14:00 (UTC +04:00)

2006-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycandan Avropa İnsan hüquqları məhkəməsinə 1050 şikayət daxil olub. Trend xəbər verir ki, bu barədə Milli Məclisin insan hquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova qeyd edib ki, Avropa insan hüquqları məhkəməsinə daxil olan şikayətlərin 800-ü rədd edilib, 150-i hazırda baxılmaqdadır, 25-i isə adıçəkilən məhkəmənin Azərbaycan üzrə nümayəndəəliyinə göndərilib. Millət vəkili onu da bildirib ki, 2005-ci ildə Azərbaycandan Avropa insan hüquqları məhkəməsinə göndərilən şikayətlərin sayı 2004-cü illə müqayisədə azalıb: "Əgər 2004-cü ildə bu rəqəm 500 idi isə, 2005-ci ildə 250 təşkil edib. 17 şikayət üzrə qərar qəbul olunub. Bu da onu göstərir ki, Azərbaycanda insan haqlarının qorunması sahəsində vəziyyət dövlətin nəzarətindədir".

R.Aslanova onu da vurğulayıb ki. Avropa insan hüquqları məhkəməsinə göndərilən şikayətlərin sayının azlığına görə, Azərbaycan dünyanın bir çox dövlətini üstələyib. Millət vəkili bildirib ki, adıçəkilən məhkəməyə ümumilikdə hazırda 30 mindən çox şikayət daxil olub.

Xəbər lenti

Xəbər lenti