...

Ramil Səfərova çıxarılan hökmlə bağlı etiraz aksiyası polislər tərəfindən dağıdıldı

Siyasət Materials 14 Aprel 2006 12:58 (UTC +04:00)

Budapeşt şəhər məhkəməsinin Azərbaycan zabiti Ramil Səfərova çıxarıdığı hökmə etiraz olaraq bu gün Bakıda Hüseyn Cavid heykəlinin qarşısındakı meydanda etiraz aksiyasına cəhd göstərilib. Trend in məlumatına görə, Ramil Səfərovun Hüquqları Müdafiə Komitəsinin bir qrup üzvü, Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları və tələbə gənclər həmin meydana toplaşıblar. Lakin polislər etiraz aksiyasının baş tutmasına imkan verməyib və aksiyanı dağıdıb.

Polislər QAT sədri Akif Nağını saxlıyıblar və Yasamal Rayon Polis İdarəsinə aparıblar. Digər aksiya iştirakçılarını da polislər güc tətbiq edərək Hüseyn Cavid meydanından qovublar.

Qeyd edək ki, Müdafiə Komitəsinin üzvləri, tələbə gənclər, qaçqın və məcburi köçkünlərin bir qrupu etiraz aksiyası keçirməklə R.Səfərovun barəsində çıxarılan ömürlük həbs cəzasının dəyişdirilməsini, ona qarşı ermənilərin apardığı qərəzli kampaniyaya son qoyulmasını tələb edirlər. Etiraz aksiyalarının Azərbaycanın müxtəlif bölgələrində də keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti