...

Əli Orucov: "Texniki məsələlər həll olunmazsa, AMİP-in qurultayı mayın 7-də keçirəcək"

Siyasət Materials 15 Aprel 2006 12:16 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbəti qurultayını aprelin 30-da, texniki məsələlər həll olunmazsa mayın 7-də keçirəcək. Bu barədə Trend ə AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı qərar partiyanın Siyasi Şurasının aprelin 14-də keçirilən iclasında qəbul olunub: "Qərara aldıq ki, qurultayı aprelin 30-da keçirək. Ancaq həmin vaxta qədər əgər texniki məsələləri həll edə bilməsək onda qurultay mayın 7-də keçiriləcək". Ə.Orucov onu da qeyd edib ki, iclasda qurultayın gündəliyi, hazırlıqla bağlı iş planı təsdiqlənib. Qurultaya hazırlıqla bağlı partiyanın rayon təşkilatlarında keçirilən konfrasların hesabatı dinlənilib. Aprelin 20-ə kimi digər rayon təşkilatlarında kofnrasıların başa çatdlırılması qərara alınıb.

AMİP rəsmisi onu da bildirib ki, partiyanın təmsil olduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) mayın 6-a planlaşdırdığı mitinqi ilə bağlı məsələ də müzakirə olunaraq qəbul edilib: "Daha sonra qərara aldıq ki, mayın 3-nü türkçülük günü kimi qeyd edək. Bununla bağlı tədbirlər planının hazırlanması partiyanın katibliyinə həvalə olundu".

Xəbər lenti

Xəbər lenti