...

"Ermənisayağı həqiqətlər və ya qondarma erməni soyqrımı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Siyasət Materials 24 Aprel 2006 14:20 (UTC +04:00)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) "Ermənisayağı həqiqətlər və ya qondarma erməni soyqrımı" mövzusunda aprelin 24-də beynəlxalq elmi-praktik konfrans keçirib. Bu barədə Trend ə ÜGH təsisçisi Fərhad Məmmədov bildirib.

F.Məmmədovun sözlərinə görə tədbiri gənclər və idam naziri Azad Rəhimov açıb: "Nazir çıxışında belə tədbirlərin davamlı olmasının və qondarma erməni soyqırımının dünyada ifşa edilməsi istiqamətində gənclərin səylərini birləşdirilməyin vacibliyini qeyd edib".

Gənclər hərəkatının təsisçisi onu dha bildirib ki, konfransda Avstriya Elmlər Akademiyasının şərqşünası Erik Fayql, türkiyəli və azərbaycanlı tarixçi-alimlər çıxışlar ediblər.

Tədbirin nəticələri ilə bağlı "İRƏLİ" ÜGH tərəfindən simsiz İnternet vasitəsilə xüsusi hazırlanmış məlumatlar toplusu dünya ölkələrinin hökumət və parlament üzvlərinə, ali təhsil ocaqlarının elektron ünvanlarına canlı olaraq göndərilib. Konfrans iştirakçılarına uydurma erməni soyqırımı, erməni yalanları və bu ərəfədə türklər və azərbaycanlılara qarşı erməni terroru haqqında geniş məlumatların əks olunduğu "Erməni soyqırımı" adlı 600 disk paylanıb.

Xəbər lenti

Xəbər lenti