ABŞ Dövlət Departamenti 2005-ci il ərzində terrorizmlə mübarizə aparan ölkələr üzrə hesabatını (Country Reports on Terrorism 2005) dərc edib.
Trend in verdiyi məlumata görə, hesabatda bildirilir ki, 2001-ci ildən Azərbaycan respublikada fəaliyyət göstərən və terrorizmdə şübhəli bilinən qrupların və qeyri-leqal islam təşkilatları üzvlərinin inadla izlənməsini və mühakiməsini həyata keçirib.
"Azərbaycan terrorizmin maliyyələşdirilməsi ilə mübarizə aparmaq üçün addımlar atıb və şübhəli terrorçu qrupların və şəxslərin siyahısını yerli banklar arasında yayıb. 2003-cü ildə hökumət tərəfindən çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi sahəsində qanunvericiliyin yaradılması məqsədilə ekspertlərin nazirliklərarası qrupu yaradılıb. Dekabrda Azərbaycanın Milli Bankının rəhbərliyi ilə ekspertlər qrupu "çirkli pulların yuyulması" barədə qanunvericiliyə maliyyə araşdırmaları şöbəsinin yaradılması və cinayətkarlığı ilə bağlı xəbərdarlıq üçün narkotiklərlə ticarətdən başqa "çirkli pulların" yuyulması üzrə ştatın artırılmasını təklif edib",- deyə sənəddə bildirilir.
DD-nin hesabatında fevralda Xüsusilə ağır cinayətlər üzrə Məhkəmə Bakıda terror hücumlarını planlaşdırmaq məqsədilə bilavasitə "Əl-Qaidə - Qafqaz" təşkilatına zəng edən 6 nəfərdən ibarət qrupu mühakimə edərək onları 3 ildən 12 ilədək azıdlıqdan məhrum edib. Qrup üzvlərindən TNT, əl qumbaraları, digər silahlar və təbliğat materialları aşkar edilib və qrup intiharçı terrorizmdə iştirak etmək niyyətində olub. İyulda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi silahlı islamçı ekstremistlər qrupunu həbs edərək onlardan çoxlu miqdarda partlayıcı və kimyəvi vasitələr müsadirə edib və partlayıcı qurğuların istehsalı ilə bağlı plan aşkar edib. Dekabrda hökumət Kongra-Gel/PKK-nın iki üzvünü Türkiyəyə təhvil verib.
Məruzədə həmçinin qeyd edilir ki, Azərbaycan Əfqanıstanda Amerikanın hərbi əməliyyatlarına dəstək vermək məqsədilə aviauçuşların tam uçuşuna, hüquq-mühafizə orqanları sahəsində əməkdaşlıq və informasiya mübadiləsinə tam şərait yaradıb, eləcə də mülki aeroportlarda çoxsaylı yerə enmələri dəstəkləyib. " 2003-cü ilin avqustundan Azərbaycan İraqdakı beynəlxalq antiterror koalisiyasının səylərini dəstəkləyib və 151 hərbi qulluqçusu Xaditadakı su anbarının mühafizəsini həyata keçirir. 2002-ci ilin noyabrından Azərbaycan sülhməramlılarının alayı Əfqanıstanda Türkiyə kontingenti ilə birgə işləyir",- deyə məruzədə bildirilir.