...

Elmar Məmmədyarov: Bernar Fasye Moskvadakı məsləhətləşmələr barədə məlumat verəcək

Siyasət Materials 3 May 2006 20:47 (UTC +04:00)
Elmar Məmmədyarov: Bernar Fasye Moskvadakı məsləhətləşmələr barədə məlumat verəcək

ATƏT Minsk Qrupunun Fransalı həmsədri Bernar Fasye mayın 5-də Bakıya gələcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, B.Fasye Bakıdan əvvəl İrəvana baş çəkəcək.

Vasitəçi Azərbaycan və Ermənistan rəhbərliyini Minsk Qrupu həmsədrlərinin mayın 2-3-də Moskvada keçirliyi məsləhətləşmələri barədə məlumatlandıracaq.

E.Məmmədyarovun dediklərinə görə, yalnız bu danışaqlarda Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hansı fikir və ideyalarla çıxış edəcəyi məlum olacaq.

Xəbər lenti

Xəbər lenti