...

Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü keçirilib

Siyasət Materials 4 May 2006 19:18 (UTC +04:00)

Mayın 4-də Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan dövlətinin başçısı Həmid Kərzayın rəhbərlik etdiyi nümayəndə heyətini Bakıda qəbul edib. Bu barədə Trend məlumat verib.

Söhbət zamanı prezident H. Kərzay Azərbaycanın eks-prezidenti Heydər Əliyevlə Türkiyədəki görüşünü məmnunluqla xatırlayıb. Prezident eləcə də son bir neçə il ərzində Azərbaycandakı iqtisadi artımı yüksək qiymətləndirib. Bununla yanaşı, H. Kərzay davamlı vətəndaş müharibəsinin Əfqanıstana ağır zərbə vurduğunu qeyd edib və əfqan iqtisadiyyatının dirçəlməsi üzrə tədbirlər barədə Azərbaycan başçısına danışıb.

Azərbaycan prezidenti Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu, lakin buna baxmayaraq, respublikanın iqtisadi inkişafa nail olduğunu qeyd edib. Dövlət başçısı qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafının və xarici investisiyaların cəlb olunmasının ən mühüm şərti ictimai-siyasi sabitliyin təmin olunmasıdır.

Azərbaycan prezidenti Əfqanıstan iqtisadiyyatının tezliklə dirçələcəyinə və bərpa olunacağına ümidvar olduğunu bildirib.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin mümkün perspektivlərini müzakirə ediblər.

Əfqanıstan prezidenti Azərbaycan iqtisadiyyatının neft-qaz sahəsində layihələrin reallaşdırılması perspektivləri ilə də maraqlanıb.

Xəbər lenti

Xəbər lenti