...

AMİP mayın 21-ə təyin etdiyi qurultayını təxirə salacaq

Siyasət Materials 18 May 2006 12:55 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mayın 21-ə təyin etdiyi növbəti qurultayı təxirə salınacaq. Bu barədə Trend ə AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov bunu qurultayın keçirilməsi üçün yerin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətə cavabın gecikdirilməsiylə bağlayıb. Onu da qeyd edək ki, AMİP qurultayını Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında keçirməklə bağlı meriyaya müraciət etmişdi.

A.Rüstəmov onu da vurğulayıb ki, qurultayın növbəti dəfə hansı tarixdə keçirilməsi mayın 22-də dəqiqləşdiriləcək: "Çalışacağıq ki, bu ay ərzində, uzağı iyunun 5-dək qurultayımızı keçirək". AMİP sədrinin əvəzi onu da qeyd edib ki, onlar qurultaylarını şəhərin möhtəşəm ünvanlarında keçirmək niyyətindədirlər: "Qurultayın növbəti vaxtı dəqiqləşdiriləndən sonra keçirmək üçün özəl ünvanlarla da əlaqə saxlayacağıq. Çox güman ki, qurultayımızı "Avropa" otelində keçirək".

Xəbər lenti

Xəbər lenti