...

Rusiyanın Axalkalakidəki bazasından növbəti hərbi texnika eşelonu Gürcüstan-Azərbaycan sərhədini 18:00-da keçəcək

Siyasət Materials 6 İyun 2006 14:00 (UTC +04:00)

Rusiyanın Axalkalakidəki bazasından növbəti hərbi texnika eşelonu Gürcüstan-Azərbaycan sərhədini iyunun 6-da saat 18:00-da keçəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən xəbər verilib.

Onun sözlərinə görə, Rusiyanın 62-ci hərbi bazasından Rusiya Federasiyasına gətirilən hərbi texnika eşelonu Tbilisi vaxtı ilə saat 09.00-da Gürcüstanın Zalka dəmiryolu stansiyasından yola düşüb. Eşelon 12 vaqondan ibarətdir. Vaqonların 10-unda T72 tankları, birində döyüş sürsatı və tankların ehtiyat hissələri, birində isə gözətçilər var.

İndiyə qədər Rusiyaya Azərbaycandan keçməklə, 15, 25 və 30 mayda üç partiya silah göndərilib. Növbəti partiya isə 13 iyunda göndəriləcək. Azərbaycan ərazisindən cəmi 22 eşelon (400 vaqon) keçməlidir və Azərbaycan bu yüklərin nəqlinə icazə verib.

Xəbər lenti

Xəbər lenti