...

Milli Demokratik Qüvvələr Birliyi DAK-ın iyunun 9-a planlaşdırdığı mitinqdə iştirak edəcək

Siyasət Materials 8 İyun 2006 12:29 (UTC +04:00)

Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurası Güney Azərbaycanda baş qaldıran milli azadlıq hərəkatını dəstəkləyir. Bu barədə Trend ə MDQB Sədrlər şurasının üzvü Təkamül Partiyasının sədri Eyyub Qəni bildirib.

T.Qəni onu da vurğulayıb ki, adıçəkilən birliyin son toplantısında bu məsələ geniş müzakirə obyekti olub: "Biz Güney Azərbaycanda cərəyan edən hərakatı dəstəkləyir və onlarla həmrəyik. Hesab edirik ki, insan haqları, demokratiya heç bir ölkənin daxili işi deyil". T.Qəni onu da bildirib ki, bu məsələ ilə bağlı DAK Məclisinin sədri Vətəndaş Həmrəyliyi partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının dəvətinə əsasən təşkilatın iyunun 9-da həmrəylik məqsədilə keçirəcəyi mitinqdə iştirak edəcəklər.

Təkamül Partiyasının sədri onu da bildirib ki, MDQB Güney Azərbaycan məsələsini diqqətdə saxlayacaq və milli məsələlərlə bağlı keçirilən bütün aksiyalarda iştirak edəcəklər. T.Qəni onu MDQB Sədrlər Şurasının toplantısında Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin Buxarest danışıqlarının da müzakirə olunduğunu deyib.

Xəbər lenti

Xəbər lenti