Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqları davam etdirmək razılığına gəlib. Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin Trend ə verdiyi məlumata görə, razılıq bir gün əvvəl Parisdə hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan arasında aparılmış danışıqların növbəti raundunda əldə olunub.
Saat 13.00-dan 17.00-dək Fransa XİN-in binasında məsləhətləşmələr aparılıb. Görüş məşhur "Danışıqların Praqa formatı" çərçivəsində, 2 nazir və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilib. Danışıqlarda tərəflərin razılığa gələ bilmədiyi məsələlər müzakirə olunub. Görüşün nəticəsi kimi tərəflər dialoqu davam etdirməklə bağlı razılığa gəlib", - deyə T.Tağızadə bildirib.