...

Vergilər Nazirliyi Barmek Azerbaijan şirkəti tərəfindən vergi ödənişlərinin vəziyyətini nəzərdən keçirir

Siyasət Materials 14 İyun 2006 15:36 (UTC +04:00)
Vergilər Nazirliyi Barmek Azerbaijan şirkəti tərəfindən vergi ödənişlərinin vəziyyətini nəzərdən keçirir

Hazırda Vergilər Nazirliyi Barmek Azerbaijan şirkəti tərəfindən vergi borclarının, xüsusilə ƏDV-nin ödənilmə vəziyyətini nəzərdən keçirir. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 14-də vergilər naziri Fazil Məmmədov məlumat verib.

"Ötən ay ərzində faktiki vergi borcları ödənilib və hazırda ƏDV-nin ödənilməsi ilə bağlı məsələ nəzərdən keçirilir. Borclar əmələ gələrsə, digər təsərrüfat obyektlərinə olduğu kimi, Barmek Azerbaijan şirkətinə də qarşı tədbirlər görüləcək", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti