...

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası bələdiyyə seçkilərinin müşahidəsini və səslərin paralel sayılmasını həyata keçirəcək

Siyasət Materials 1 İyul 2006 13:43 (UTC +04:00)

Bu il oktyabrda keçiriləcək bələdiyyə seçkilərində "Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası seçki prosesinin müşahidəsini və səslərin paralel sayılmasını həyata keçirəcək. Bu barədə Trend ə Şuranın koordinatoru Arzu Abdullayeva məlumat verib.

O, bildirib ki, Əlaqələndirici Məşvərət Şurası seçkidə apardığı müşahidələri əsasında hesabat, rəylər hazırlayacaq. A.Abdullayevanın sözlərinə görə, Şura qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar yeni metodologiya tərtib edib və yaxın günlərdə bu tədbirlər planının təqdimat mərasimi keçiriləcək. "Bu metodologiyaya seçkilərin kompleks şəkildə monitorinqinin aparılması, müşahidəçilərin daha yüksək səviyyədə işləməsi üçün müvafiq imkanlar yaradılması, onlar üçün treninqlər keçirilməsi, müşahidəçilərin aşkar etdiyi qanun pozuntularına qarşı hansı tədbirdər görməsi kimi məsələlər daxildir. Bizim ekspertlərimiz bu tədbirlərə dair cədvəl hazırlayırlar. Metodologiyada həm də müşahidəçilərin bəzi müdaxilələri də nəzərdə tutulur. Bu, konkret olaraq müşahidəçinin rastlaşdığı pozuntu faktlarını qanunla tənzimlənən formada aradan qaldırmaq, yaxud buna cəhd göstərməyi nəzərdə tutur. Bu tədbirdər düşünülüb və qanuna müvafiq formada tərtib olunub".

A.Abdullayeva onu da deyib ki, Şura seçkilərlə bağlı yerli və beynəlxalq müşahidəçilər üçün yaddaş kitabçası da tərtib edib. Bu seçkilərin Avropa Şurasının diqqət mərkəzində olduğunu deyən A.Abdullayeva qeyd edib ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Skard Havard ilə əlaqələri var və seçkidə həmin Konqres ilə əlaqəli şəkildə fəaliyyət göstərməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti