...

Vurğun Əyyub: "Müsavat Partiyasının Məclis sədrliyinə şansım olduğu üçün mübarizəyə qoşulmuşam"

Siyasət Materials 6 İyul 2006 16:01 (UTC +04:00)

"Şansım olmayan yerdə mübarizəyə qoşulmuram". Bu barədə Trend ə Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub partiyanın Məclis sədrliyinə namizəd kimi şanslı olub-olmadığını bildirərəkən qeyd ğedib.

V.Əyyub onu da vurğulayıb ki, partiyanın Məclisinin iclası iyulun 8-də olacaq. Məclis sədrliyinə namizədlərin isə özü və başqanın digər müavini Sülhəddin Əkbər olduğunu bildirib. V.Əyyub onu da söyləyib ki, Divan üzvlüyünə namizədlərin sayı barədə məlumatı yoxdur: "Çünki müraciətlər partiyanın başqanında toplanır". V.Əyyub Divanın 15-16 üzvünün olacağını bildirib.

"Məclisin iclasında sədrliyə namizədlik irəli sürülə bilinərmi" sualımızı cavablandıran V.Əyyub bunun mümkünsüzlüyünü bildirib. Onu da bildirib ki, namizədlər arasında şansının yüksək olduğunu nəzərə alaraq mübarizəyə qoşulub.

Xəbər lenti

Xəbər lenti