...

Müsavat Partiyası Məclisinin sədrliyinə seçkilər nəticəsiz başa çatıb

Siyasət Materials 10 İyul 2006 11:20 (UTC +04:00)

İyulun 8-də Müsavat Partiyasının qurultaydan sonra Məclisinin ilk iclası keçirilib. Trend in məlumatına görə, iclasda Məclisin sədri, Divan üzvləri seçilib.

Məclis sədrliyinə iki nəfər - partiya başqanının müavinləri Vurğun Əyyub və Sülhəddin Əkbər iddialı olub. Lakin səsvermənin nəticələrinə görə, bu namizədlərdən heç biri Məclisin sədri vəzifəsinə seçilməyib. S.Əkbər 58, V.Əyyub 40 səs toplayıb, 9 nəfər hər ikisinin əleyhinə səs verib, 11 bülleten etibarsız sayılıb. Bununla da nmizədlər yetərli sayda səs toplamadıqları üçün Məclis sədrliyi postu boş qalıb. Qərara alınıb ki, həmin vəzifəyə seçki Məclisin növbəti iclasında keçirilsin. Sonra Divan üzvlüyünə seçkilər olub. 21 nəfər namizədən 12 nəfər Divanın üzvü seçilib, 2 yer isə boş saxlanılıb.

İclasda, həmçinin, ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət, Güney Azərbaycanda baş verən proseslər də müzakirə olunub. Qarşıdan gələn bələdiyyə seçkilərində iştirak üçün partiya üzvlərinə sərbəstlik verilməsi, yəni seçkiyə qatılmalarına razılıq verilməsi də qərara alınıb.

Xəbər lenti

Xəbər lenti