...

Milli Məclisin bir qrup üzvü yaxın günlərdə Gürcüstana səfər edəcək

Siyasət Materials 10 İyul 2006 16:32 (UTC +04:00)

Milli Məclisin bir qrup üzvü yaxın günlərdə Gürcüstana səfər edəcək. Trend xəbər verir ki, səfər Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdiyi problemlərlə maraqlanmaq üçün həyata keçəirilir.

Azərbaycan nümayəndə heyətinin tərkibinə gənc millət vəkillərindən Fuad Muradov və Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvlərinin də daxil olması nəzərdə tutulub. Millət vəkilləri soydaşlarımızın kompakt yaşadığı Marneuli, Dmanisi və Bolinisi rayonlarında olacaq.

Millət vəkilləri soydaşlarımızla görüşəcək, onların problemlərini dinləyəcək və bunların həll olunması ilə bağlı Gürcüstanın müvafiq qurumlarına müraciət ünvanlanacaq. Deputatlarımızın gürcüstanlı həmkarları ilə görüşlər keçiriləcəyi də istisna olunmur. Onlar eyni zamanda Marneuli rayonunun qubernatoru ilə də görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti