...

İlin sonuna qədər Azərbaycanda mədəniyyət işçilərinin əmək haqqı artırılacaq

Siyasət Materials 28 İyul 2006 16:31 (UTC +04:00)
İlin sonuna qədər Azərbaycanda mədəniyyət işçilərinin əmək haqqı artırılacaq

Bu gün Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev Gəncədə olub. O, əvvəlcə Heydər Əliyevin heykəli önünə əklil qoyub və Heydər Əliyev muzeyinə baş çəkib. Sonra isə nazir şəhərdəki tarixi abidələrin vəziyyəti ilə maraqlanıb. Nazir Nizami məqbərəsini və şəhərin mərkəzindəki Karvansaray tarixi abidəsini də ziyarət edib.

Qeyd edək ki, Humanitar Kollecin yerləşdiyi Karvansaray binası qəza vəziyyətindədir. Nazir kollecin rəhbəri ilə söhbətində bildirib ki, yeni tədris ilində təhsil müəssəsi ayrı yerə köçürüləcək. Bu haqda Təhsil Nazirliyi ilə danışıqlar aparılacaq. Sonra nazir musiqili fontan, Şah Aabbas cümə məscidi, Cavad xanın məqbərəsi, Tətbiqi Dekorativ Sənət Mərkəzində, Bakı kinotatrında olub.

Nazir qeyd etdi ki, Bakı kinoteatrının təmiri yaxın vaxtlarda reallaşmalıdır. Bu barədə artıq sənədələr hazırlanıb və layihə üzərində iş gedir. Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkdikdən sonra mədəniyyət və turizm naziri Puşkin kitabxanasında şəhərin mədəniyyət işçiləri ilə görüş keçirib və onların problemləri ilə maraqlanıb.

Jurnalistlərlə söhbətində nazir bildirdi ki, onu ən çox narahat edən mədəniyyət işçilərinin əmək haqları məsələsidir. Onların çox az əmək haqqı aldıqlarını bildirən Əbülfəz Qarayev qeyd etdi ki, ilin sonuna mədəniyyət işçilərinin əmək haqlarının artımı gözlənilir. O bu haqda prezident İlham Əliyevə məlumat verdiyini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti