...

Bakıda Azərbaycan-Tatarıstan hökumətlərarası komissiyasının birinci iclası başlayıb

Siyasət Materials 1 Avqust 2006 14:06 (UTC +04:00)
Bakıda Azərbaycan-Tatarıstan hökumətlərarası komissiyasının birinci iclası başlayıb

Bu gün Bakıda Azərbaycan-Tatarıstan hökumətlərarası ticari-iqtisadi, mədəniyyət, elmi-texniki əməkdaşlıq komissiyasının ilk iclası öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, iclas Azərbaycan və Tatarıstanın baş nazirləri Artur Rəsizadə və Rüstəm Minnixanovun sədrliyi ilə keçirilir.

A.Rəsizadənin sözlərinə görə, geniş tərkibli nümayəndə heyətinin bu səfəri iki ölkə arasında gələcək əməkdaşlığın katalizatoru olacaq. "Ticari-iqtisadi əlaqələrin mövcud potensialı gerçəkliyi əks etdirmir", - deyə o bildirib. 2005-ci ildə mal dövriyyəsi $35 mln, 2006-cı ilin 1-ci yarısında isə $26 mln təşkil edib. A.Rəsizadə hesab edir ki, iclas bütün münasibətlərdə effektiv inkişafa təkan verməlidir.

"Biz Tatarıstanın təcrübəsinə bələdik və təkcə mal dövriyyəsinin inkişafında deyil, həm də MM-in yaradılmasında maraqlıyıq. Bu gün bizim əsas məqsədimiz neft və qeyri-neft sektorlarını inkişaf etdirməkdir. Əsas diqqət kimya, elektronika sektorlarının, kənd təsərrüfatı, yüngül və əlvan sənayenin inkişafına yönəldiləcək. Nümayəndə heyətinin tərkibinə Tatarıstanın iri zavodlarının rəhbərləri daxildir və biz onların cəlb olunmasında maraqlıyıq", - deyə o qeyd edib.

Tatarıstanın baş naziri Rüstəm Minnixanovun sözlərinə görə, ölkələr arasında ticari-iqtisadi və təhsil sahəsində əlaqələri tamamilə keyfiyyətli səviyyəyə çatdırmaq lazımdır və hökumətlərarası komissiyaının işi buna şərait yaradır. "Bu gün biz əlaqələrimizi təkcə biznesdə deyil, təhsil və mədəniyyət sahələrində də inkişaf etdirmək istəyirik. Ancaq ticari-iqtisadi əlaqələr əsas olaraq qalır. Hazırda Tatarıstanda vergi və gömrük üzrə üstünlüklərin mövcud olduğu azad ticarət zonası yaradılıb və biz azərbaycanlı iş adamlarını bu zonaya baş çəkməyə dəvət edirik", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti