...

Yarımil ərzində ARDNF-nin aktivləri 10,4% artıb

Siyasət Materials 1 Avqust 2006 18:30 (UTC +04:00)
Yarımil ərzində ARDNF-nin aktivləri 10,4% artıb

2006-cı il iyunun 30-na olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvəllinə nisbətən 10,4% artaraq 1 414,2 mln. manat (təxminən $1579 mln.) təşkil edib. Trend agentliyinin məlumatına əsasən, bu barədə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib. 2006-cı il yanvarın 1-nə olan vəziyyətə görə, fondun vəsaitləri təxminən 1280,4 mln. manat (təxminən $1 394 mln.) təşkil edib.

Birinci yarımildə fondun gəlirləri 449,4 mln. manata, xərcləri isə - 314,4 mln. manata çatıb. Həyata keçirilmiş neft müqavilələrindən gələn gəlirlər 423,7 mln. manat, o cümlədən gəlirli neftin satışından - 414,3 mln. manat, Azərbaycan ərazisilə keçən Bakı-Supsa kəməri vasitəsilə neftin nəqlinə görə tranzit ödənişindən - 7,2 mln. manat, akr üzrə ödənişlərdən - 1,2 mln. manat, bonus ödənişlərindən - 0,9 mln. manat səviyyəsində olub. Yanvar-iyun aylarında ARDNF-nin vəsaitlərinin idarə olunmasından gələn gəlir 25,7 mln. manata bərabər olub.

ARDNF büdcəsinin xərclər hissəsindən qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına 32,5 mln. manat, Azərbaycanın BTC layihəsindəki iştirakının maliyyələşdirilməsinə- 54,4 mln. manat ayrılıb. Dövlət büdcəsinə köçürmələr isə 226 mln. manat təşkil edib. Neft Fondunun vəsaitləri hesabına hesabat dövründə Samur-Abşeron suvarma sisteminin bərpası və Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihələri maliyyələşdirilib. Bu məqsədlərə müvafiq olaraq 0,6 mln. manat və 0,5 mln. manat ayrılıb. Ötən il fondun idarə olunması xərcləri 0,4 mln. manat təşkil edib.

Hesabat dövründə fondun büdcədənkənar xərclər və ödənişlər onun aktivlərinin təkrar qiymətləndirilməsilə bağlı 1,3 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti