Naxçıvan türk litseyi üçün müasir standartlara cavab verəcək 400 şagird üçün yeni tədris korpusu inşa edilir. 4 mərtəbədən, 15 sinif otağından, akt zalı, kitabxana və müxtəlif laboratoriyalardan ibarət olacaq obyektin inşası "Ucar Ltd." tikinti şirkəti tərəfindən tikilir. Korpus ilin sonunadək istifadəyə veriləcək.