...

Deputat Yevda Abramov: "Qubada ermənilər tərəfindən qətlə yetirilmiş yəhudilərin xatirəsinə soyqırım muzeyi yaradılacaq"

Siyasət Materials 16 Avqust 2006 16:44 (UTC +04:00)
Deputat Yevda Abramov: "Qubada ermənilər tərəfindən qətlə yetirilmiş yəhudilərin xatirəsinə soyqırım muzeyi yaradılacaq"

Azərbaycanın Quba rayonunda ermənilər tərəfindən qətlə yetirilmiş yəhudilərin xatirəsinə həsr olunmuş soyqırım muzeyi yaradılacaq. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin yəhudi mənşəli deputatı Yevda Abramov məlumat verib.

O bildirib ki, 1918-19-cu illərdə Azərbaycanda erməni quldur dəstələri tərəfindən azərbaycanlılarla bərabər yəhudilər də kütləvi şəkildə qətlə yetirilib. Y.Abramov və Azərbaycandakı yəhudi icması 1918-19-cu illərdə dinc yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı məlumatları toplayıb İnsan Haqları İnstitutuna təqdim edirlər. Erməni quldur birləşmələri tərəfindən soyqırıma məruz qalan yəhudilərin xatirəsinin əbədiləşdirilməsi üçün Qubada muzey tikilməsi barədə rayon icra hakimiyyətinə müraciət olunub. Quba rayon icra hakimiyyəti müsbət cavab verib və muzey üçün artıq yer ayrılıb.

Millət vəkilinin sözlərinə görə, muzeyin qarşısında qətlə yetirilmiş yəhudilərin xatirəsinə abidə ucaldılacaq. Y.Abramov qeyd edib ki, bu təşəbbüsün həyata keçməsinə Heydər Əliev Fondu da yardım göstərir. Hazırda muzeyin tikilməsi ilə bağlı layihə hzırlanır.

Y.Abramov onu da bildirib ki, dünyanın müxtəlif ölkələrində olan "Xalakost" muzeylərində azərbycanlıların da məruz qaldıqdarı soyqırımlara dair materiallar təqdim edib: "Mən ermənilərin törətdiyi Xocalı soyqırımına dair faktları əks etdirən kitabları həmin muzeylərə göndərmişəm. Bunun üçün Dağlıq Qarabağdan olan millət vəkili Həvva Məmmədova mənə 14 kitab verib".

Xəbər lenti

Xəbər lenti