...

Türkiyədə keçirilmiş reydlər nəticəsində 150 nəfərədək azərbaycanlı qadın saxlanılıb

Siyasət Materials 17 Avqust 2006 10:58 (UTC +04:00)

Türkiyənin hüquq mühafizə orqanları insan alveri qurbanlarının aşkar edilməsi məqsədilə Qars və İqdır vilayətlərində 3 dəfə reyd keçirib. Reydlər nəticəsində 150 nəfərədək azərbaycanlı qadın saxlanılıb. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında Rusiya, Orta Asiya və Baltikyanı ölkələrdən qadınlar da var və onlar Azərbaycan ərazisindən (Naxçıvan) Türkiyəyə tranzit zona kimi istifadə edir. Konsul bəyan edib ki, hazırda Türkiyədə insan alveri ilə mübarizə üzrə sərt tədbirlər görülür.

H.Zeynalov Türkiyə KİV-nin saxlanılmış qadınlarda VİÇS-in aşkar olunması ilə bağlı yaydığı məlumatları təkzib edib.

Xəbər lenti

Xəbər lenti