...

Nizami Cəfərov: "Azərbaycan dilçilərinin qurultayı keçirilməlidir"

Siyasət Materials 29 Sentyabr 2006 12:34 (UTC +04:00)

"Dövlət dili haqqında" qanuna riayət olunmur. Bu barədə Trend ə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri, dilçi alim Nizami Cəfərov bildirib.

N.Cəfərov bildirib ki, adıçəkilən qanun mükəmməl olsa da, ona lazımi qədər riayət olunmur: "Dövlət dilinin öz statusu var. Telekanallardan tutmuş Bakı şəhərinin reklam mühitinə qədər bir sıra hallarda dövlət dilinin hüquqları məhdudlaşdırılır. Əsas məsələ ondan ibarət deyil ki, biz bu sahədə hansısa yenilik edək. Əsas məsələ ondadır ki, bu qanunun işlənməsini təmin edək".

Professor bu prosesi tənzimləmək üçün Dövlət Dil Komissiyası ilə yanaşı bir sıra müvafiq orqanların da məsələni dliqqətdə saxlanılmağının vacibliyini bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycan dilçilərinin qurultayının çığırılması təklifi ilə çıxış ediblər: "Yəqin ki, bu barədə düşünəcəklər".

Xəbər lenti

Xəbər lenti