Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 14-cü Nazirlər şurasında iştirak edəcək. Bu barədə E.Məmmədyarov Trend ə eksklüziv olaraq məlumat verib.
Nazirlərin görüşü dekabrın 4-5-də ATƏT-in fəaliyyətdə olan sədri Karl de Quxtun dəvəti ilə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Xatırladaq ki, ATƏT Avropadan, Mərkəzi Asiya və Qərbi Amerikadan 57 ölkənin daxil olduğu dünyada ən böyük təhlükəsizlik təşkilatıdır. Təşkilatın fəaliyyəti münaqişələrin nəticələrinin aradan qaldırılması və reabilitasiyasına yönəldilib.
Xarici işlər nazirlərinin illik görüşündə təşkilatın 56 üzv-ölkəsi ötən ilki fəaliyyətlərini müzakirə edir və qiymətləndirir, təhlükəsizlik məsələsi üzrə öz milli nöqteyi-nəzərlərini təklif edirlər.