...

Budapeştdə AŞPA-nın Alt Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 17 Oktyabr 2006 13:44 (UTC +04:00)

Milli Məclisin deputatı Gültəkin Hacıyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin Əhali üzrə Alt Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 18-dən 21-dək Macarıstanın Budapeşt şəhərində səfərdə olacaq. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda miqrant uşaqların və gənclərin birgə fəaliyyəti, onların cəmiyyətə uyğunlaşması, bu sahədə səlahiyyətli orqanların və ictimaiyyətin rolu barədə fikir mübadiləsi aparılacaq.

Deputatımız müzakirələrdə iştirak edəcək, məsələlərə münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti