...

Bütün müxalifət liderlərinin ADP-də qapalı toplantısı keçirilir

Siyasət Materials 27 Noyabr 2006 17:10 (UTC +04:00)

Müxalifəti təmsil edən partiyaların rəhbərləri Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında toplanıblar. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Toplantıda "Azadlıq" blokunun həmsədrləri - Əli Kərimli, Lalə Şövkət, Sərdar Cəlaloğlu, Əli Əliyev, həmçinin Müsavat Partiyasının başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli İstiqlal Partiyasının sədri Ayaz Rüystəmov, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov və digər partiya, qeyri-hökumət təşkilatı rəhbərləri iştirak edirlər.

Hazırda davam edən görüş qapalı keçirilir. Toplantıda müxalifətin indiki durumu, əməkdaşlıq perspektivləri, media qurumlarına təzyiqlər barədə müzakirələr aparıldığı bildirilib. Görüşün yekunu kimi müxalifətin vahid mübarizə üsullarının seçilməsi, birgə tədbirlər görülməsi, aksiyalar keçirilməsi və yaxud da tamamilə fəaiyyətlərinin dayandırılması barədə qərar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti