...

Azərbaycanın XİN başçısı ATƏT Xarici işlər nazirləri şurasının toplantısında iştirak edir

Siyasət Materials 4 Dekabr 2006 13:38 (UTC +04:00)
Azərbaycanın XİN başçısı ATƏT Xarici işlər nazirləri şurasının toplantısında iştirak edir

Brüsseldə ATƏT -in üzv ölkələrinin Xarici işlər nazirləri şurasının toplantısı başlayıb. Toplantı dekabrın 5-də başa çatacaq. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

Azərbaycanı görüşdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Brüssel səfəri çərçivəsində nazirin bir sıra görüşləri planlaşdırılır. Onlara erməni həmkarı Vardan Oskanyanla, eləcə də ATƏT Minsk qrupunun həmsədrləri ilə məsləhətləşmələrin növbəti raundu daxildir.

Xatırladaq ki, ATƏT ölkələrinin Xarici işlər nazirləri şurasının toplantısında təşkilatın sədrliyi İspaniyaya veriləcək. 2006-cı ildə təşkilata Belçikanın xarici işlər naziri Karel De Quxt (Karel De Gucht) rəhbərlik edib.

Təşkilatın yeni başçısı, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos (Miguel Angel Moratinos) bildirib ki, 2007-ci ildə təşkilatın fəaliyyətində prioritet terrorla mübarizə, təhlükəsizliyin ciddi məsələsi kimi su ehtiyatlarından istifadə və torpaq sahələrinin zədələnməsi məsələsi, diversifikasiyaya və plüralist cəmiyyətlərdə iştiraka yardım olacaq.

Nazirlər şurası toplantısının yekunu üzrə nümayəndə heyəti başçılarının bəyanatlarla çıxış edəcəyi və bir sıra sənədlərin qəbul olunacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti