...

"Yeni Azərbaycan" partiyasının sədr müavini: Partiyalararası ünsiyyət Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsir göstərir

Siyasət Materials 4 Dekabr 2006 16:43 (UTC +04:00)
"Yeni Azərbaycan" partiyasının sədr müavini: Partiyalararası ünsiyyət Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsir göstərir

"Yeni Azərbaycan" və "Vahid Rusiya" partiyaları arasında çox mehriban, yaxşı əlaqələr, partiyalararası ünsiyyət mövcuddur. Bu barədə Yekaterinburqda Trend in xüsusi müxbirinə "Vahid Rusiya" Ümumrusiya siyasi partiyasının 7-ci qurultayında iştirak edən "Yeni Azərbaycan" partiyasının sədr müavini, partiyanın icraçı katibi, deputat Əli Əhmədov bildirib.

"Biz hesab edirik ki, bu cür xarakterli ünsiyyət Azərbaycan və Rusiya arasında dövlətlərarası münasibətlərə çox müsbət təsir göstərir. Bu münasibətlər getdikcə artır və mən düşünürəm ki, bizim nümayəndə heyətimizin "Vahid Rusiya" partiyasının yeddinci qurultayında iştirakı - ölkələrimiz arasında mehriban münasibətlərin, bütün sahələrdə əməkdaşlığın olmasından xəbər verir", - deyə Ə.Əhmədov bildirib.

Onun sözlərinə görə, "Vahid Rusiya" partiyası - Rusiyada ən güclü və aparıcı siyasi qüvvədir, demokratiyanın inkişafında, müxtəlif sahələrdə iqtisadi islahatların həyata keçirilməsində "Vahid Rusiya" partiyası mühüm rol oynayır. Ə.Əhmədovun sözlərinə görə, dəyirmi masa keçirilib və orada partiyanın gələcək illərdə həyata keçirmək niyyətində olduğu proqramlardan söhbət açılıb. "Və bu, artıq ondan xəbər verir ki, "Vahid Rusiya" partiyası - yalnız ən güclü deyil, həm də ən qabaqcıl siyasi qüvvədir və müasir Rusiyada baş verən proseslərdə çox mühüm rol oynayır. Biz buna şadıq", - deyə hakim "Yeni Azərbaycan" partiyasının icraçı katibi bildirib.

Milli Məclisin deputatı Mixail Zabelin qeyd edib ki, "Vahid Rusiya" qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Rusiyanın siyasi həyatında mühüm yer tutub və indi həqiqətən də ölkənin aparıcı siyasi qüvvəsidir. "Düşünürəm ki, bizim "Vahid Rusiya" ilə əlaqələrimiz ölkələrimiz arasında da qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və eyni zamanda öz partiyalarımızın optimal inkişaf yollarının möhkəmlənməsinə yardım edəcək",- deyə M.Zabelin bildirib və iki partiya arasında təcrübə mübadiləsinin mühümlüyünü vurğulayıb.

Xəbər lenti

Xəbər lenti