Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Hadson İnstitutunun dəvətilə bu ölkəyə səfər edib. Trend Demokratik İslahatlar Partiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Asim Mollazadə dekabrın 7-də Hadson İnstitutunda "Avroatlantik inteqrasiyada GUAM-ın regional rolu" mövzusunda çıxış edəcək.
Bundan başqa, Asim Mollazadənin ABŞ-ın qanunverici və icra hakimiyyəti orqanlarında, bir sıra araşdırma mərkəzlərində və demokratiya institutlarında görüşləri nəzərdə tutulub.
Səfərdə əsas məqsəd Azərbaycan-ABŞ əlaqələrinin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərin, həmçinin ABŞ-ın Azərbaycan üzrə müvafiq layihələrinin müzakirəsidir.