...

Tbilisi meriyası Heydər Əliyevin büstünün ucaldılması barədə qərar qəbul edib

Siyasət Materials 15 Dekabr 2006 12:39 (UTC +04:00)
Tbilisi meriyası Heydər Əliyevin büstünün ucaldılması barədə qərar qəbul edib

Azərbaycanın Gürcüstandakı səfirliyi şəhərin mərkəzində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin büstünün ucaldılması ilə bağlı Tbilisi meriyasının qərarını alıb. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev məlumat verib.

O qeyd edib ki, abidənin ucaldılması barədə siyasi qərar 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı qəbul edilib. Lakin bu qərarın hüquqi əsası bu vaxta qədər yox idi.

Səfir əlavə edib ki, büst şəhərin tarixən azərbaycanlılar yaşayan "Meydan" adlanan tarixi mərkəzində ucaldılacaq.

Xəbər lenti

Xəbər lenti