...

Milli Məclisin komissiya sədri Arif Rəhimzadə: "Öz ərazisində qayda-qanun yaratmaq Rusiyanın hüququdur"

Siyasət Materials 18 Dekabr 2006 17:30 (UTC +04:00)

"Biz hesab edirik ki, öz ərazisində qayda-qanun yaratmaq Rusiyanın hüququdur. Amma eyni zamanda biz hesab edirik ki, bu proseslər elə aparılmalıdır ki, narahatlıq yaratmasın və qanun pozulmasın." Trend in məlumatına görə bu sözləri jurnalistlərlə söhbəti zamanı Milli Məclisin Regional siyasət daimi komissiyasının sədri, deputat Arif Rəhimzadə deyib.

A.Rəhimzadə qeyd edib ki, Azərbaycan hökuməti bu məsələni müzakirə edir və Milli Məclis də prosesə kömək etmək üçün lazım olan addımı atacaq.

"Azərbaycan tərəfi hesab edir ki, bu məsələ ilə bağlı operativ qərərgahın yaradılmasına ehtiyac var. Ümumrusiya Azərbaycanlıları Konqresi tərəfindən belə bir qərərgah yaradılıb. Amma orada iştirak edənlər yalnız Azərbaycan nümayəndələridir. Mən hesab edirəm ki, Rusiya nümayəndələri də bu prosesdə iştirak etsələr, bir çox məsələləri operativ şəkildə həll etmək olar" - deyə Arif Rəhimzadə bildirib.

Xəbər lenti

Xəbər lenti