...

Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri iyul ayında işə başlayacaq

Siyasət Materials 25 Dekabr 2006 13:06 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Karolin Braun (Dr Carolyn Browne) vəzifəsinin icrasına 2007-ci ilin iyulundan başlayacaq. Bu barədə Trend ə Böyük Britaniyanın XİN mətbuat xidmətindən məlum olub. Karolin Braun bu postda Böyük Britaniyanın Azərbaycanda bugünkü səfiri Lori Bristounu (Dr Laurie Bristow) əvəz edəcək.

Karolin Braun 19 oktyabr 1958-ci ildə anadan olub. 1986-cı ildən 1987-ci ilə qədər İrlandiya XİN-də işləyib, 1988-ci ildən 1991-ci ilə qədər Moskvada nümayəndəlikdə ikinci katib, daha sonra birinci katib, 1991-1993-cü illərdə Aİ XİN-də işləyib, 1993-1997-ci illərdə BMT-də Böyük Britaniyanı təmsil edib, 1997-ci ildən 1999-cu ilə qədər Cənubi Avropa şöbəsində XİN nümayəndəliyinin başçısı, 1999-cu ildən 2002-ci ilə qədər insan haqları üzrə şöbənin başçısı, 2002-ci ildən 2004-cü ilə qədər Böyük Britaniyanın Brüsseldəki nümayəndəsi, 2005-2006-cı illərdə mili təhlükəsizlik üzrə direktor məsləhətçisi olub.

Xəbər lenti

Xəbər lenti