...

İl ərzində fəal olan gənclər mükafatlanıdırırılıb

Siyasət Materials 25 Dekabr 2006 20:10 (UTC +04:00)

Dekabrın 25-də Bakı Əyləncə Mərkəzində hakim YAP-ın, eləcə də Gəncər və İdman Nazirliyi Gənclər Baş İdarəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasitbətilə tədbir keçirilib. Trend xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Ramiz Həsənov bildirib ki, eyni zamanda 2006-da fəal olmuş gənclər və jurnalistlər mükafatlandırılacaq.

Sonra nazir Azad Rəhimov çıxış edib. Onun sözlərinə görə, 2006-cı il uğurlu keçib. Gənclərimiz bir sıra beynəlxalq yarışlarda uğurla çıxış edib, dövlətin gənclərə göstərdiyi qayğı daha da artıb.

YAP-ın icra katibi, deputat Əli Əhmədov isə qeyd edib ki, Azərbaycan gəncliyi bütün sahələrdə fəallıq nümayiş etdirir. Ona görə də Azərbayücanın gələcəyinin parlaq və təminatlı olacağını söyləmək mümkündür.

Sonra 2006-cı il ərzində müxtəlif sahələrdə fəallıq nümayiş etdirən, uğurlar qazanan gənclər, idmançılar və jurnalistlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti