...

Azərbaycan prezidenti İrəvan mahalının Uluxanlı məktəbinin 125-illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 29 Dekabr 2006 17:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da İrəvan mahalının Uluxanlı məktəbinin 125-illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb, bu barədə Trend xəbər verir.

Sənəddə qeyd olunur ki, 1881-ci ildə təşkil olunmuş Uluxanlı məktəbi əksər əhalisi azərbaycanlılar olan İrəvan mahalında maarifçilik ideyalarının yayılması işində mühüm rol oynayıb. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə öz ilk müəllim təcrübəsinə məhz bu məktəbdə başlayıb və yazıçının təşəbbüsü sayəsində bura mədəniyyətin və maarifin aparıcı mərkəzlərindən birinə çevrilib. "20-ci əsrin əvvəllərində mürəkkəb geosiyasi proseslər nəticəsində İrəvan şəhərinin (indiki Yerevan) və başqa tarixi Azərbaycan ərazilərinin Ermənistan dövlətinin tərkibinə keçməsinə baxmayaraq, Uluxanlı məktəbi Azərbaycan dili və mədəniyyətinin, milli adət və ənənələrin qorunması istiqamətində öz işini davam etdirib. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni hərbçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizlənmə siyasəti nəticəsində məktəbin fəaliyyəti dayandırılıb", - sənəddə qeyd olunur.

Məktəbin 125 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısı tədbirlər planı hazırlamaq və gerçəkləşdirmək barədə sərəncam verib. Sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti