...

QAT enerji daşıyıcıları və ərzaq məhsullarının bahalaşmasının qaçqın-köçkünləri ağır vəziyyətə saldığını bəyan edir

Siyasət Materials 9 Yanvar 2007 14:23 (UTC +04:00)

"Enerji daşıyıcıları və digər sahələrdə qiymətlərlərin qaldırılması barədə qərar ləğv edilməli, ya da əhalinin aztəminatlı təbəqəsinə kompensasiyaların verilməsi ilə bağlı təcili tədbirlər görülməlidir". Trend in məumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) yanvarın 9-da yaydığı bəyanatdandır.

QAT hesab eir ki, qiymətlərin bahalaşması qaçqın və məcburi köçkünləri ağır vəziyyətə salıb, həmçinin ərzaq məhsullarının da, çörəyin qiymətinin artmasına gətirib çıxarıb. QAT-ın mövqeyinə görə, torpağı işğal altında olan ölkədə bu cür qərarların qəbul olunması dövlətin müdafiə gücünə zərbə vurur, insanların iradəsini azaldır: "Bir parça çörəyə möhtac olan vətəndaş Qarabağ uğrunda mübarizə aparmayacaq"-deyə vurğulanır.

Qeyd edək ki, QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə yaradılmış ictimai təşkilatdır. Tarix elmləri namizədi, dosent Akif Nağının rəhbərlik etdiyi qurum öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, keçmiş döyüşçüləri, ehtiyatda olan zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir.

Xəbər lenti

Xəbər lenti