...

AZAL-ın baş direktor müavini: Azərbaycan Fransanın ATR şirkətindən altı yeni təyyarə alacaq

Siyasət Materials 31 Yanvar 2007 13:57 (UTC +04:00)
AZAL-ın baş direktor müavini: Azərbaycan Fransanın ATR şirkətindən altı yeni təyyarə alacaq

AZAL Dövlət konserni (DK) ATR markalı təyyarələr buraxan Fransanın aviasiya sənayesi müəssisəsinə iki ATR-42-500S və dörd ATR-72-500S təyyarəsinin alınması üçün sifariş verib. Bu barədə çərşənbə axşamı Trend ə Dövlət konserninin baş direktor müavini Sabir İlyasov məlumat verib.

Onun sözlərinə görə, müqavilənin ümumi məbləği təxminən 97,2 mln. ABŞ dolları təşkil edir.

Bu təyyarələrin tədarükü avqustdan başlayacaq. S.İlyasov qeyd edib ki, 2007-ci ildə Azərbaycan Fransadan iki, 2008-ci ildə isə - dörd təyyarə alacaq.

Fransa şirkətinin nümayəndələri qeyd edir ki, altı yeni təyyarənin alınması "Antonov" və "Tupolev" markalarını dəyişərək Azərbaycana təyyarələr parkını yeniləməyə və yeni regional marşrutlar yaratmağa imkan verəcək.

ATR şirkətinin icraçı direktoru Filippo Baqnato elan edib ki, 2006-cı ildə şirkətin tədavülü 700 mln. ABŞ dolları təşkil edib. 2005-ci illə müqayisədə artım 30% təşkil edib.

Xəbər lenti

Xəbər lenti