Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu fevralın 1-də mətbuat nümayəndələri ilə görüş keçirib. Trend bildirir ki, o, Azərbaycanda əsas vəzifəsinin Azərbaycan-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsindən, qardaş ölkələr arasında iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu qeyd edib.
Səfirin sözlərinə görə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev fevralın 5-də Türkiyəyə səfər edəcək.