...

İran vertolyotları Astara üzərində dövrə vurub

Siyasət Materials 22 Fevral 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Astara / Trend müxbir A. Həsənov/ Saat 11:00 radələrində Astara rayonu üzərində İrana məxsus olan vertolyotlar 1 saata yaxın dövrə vurub. Trend in xüsusi müxbiri xəbər verir ki, sakinlər bunu onunla əlagələndirirlər ki, İran prezidenti İran Astarasındadır. Rəsmi dairələrdən məlumat almaq mümkün olmaqıb. Həmin 3 vertolyotdan əlavə uzaqdan da vertolyotların göründüyü bildirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə bildiriblər ki, Azərbaycanın hava sərhədlərinin İran vertolyotları tərəfindən pozulması ilə bağlı nazirlikdə heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti