...

Azərbaycan hakimiyyəti AŞPA məruzəçilərinin hesabatı ilə bağlı narazılığını bildirib

Siyasət Materials 5 Mart 2007 13:53 (UTC +04:00)
Azərbaycan hakimiyyəti AŞPA məruzəçilərinin hesabatı ilə bağlı narazılığını bildirib

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan hakimiyyəti AŞPA məruzəçiləri Toni Lloyd və Andres Herkelin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı məruzəsinin bəzi hissələrini subyektiv hesab edir. Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun sözlərinə görə, AŞPA-nın yaz sessiyasında müzakirə ediləcək məruzə ilə bağlı artıq hökumət öz narazılığını bildirib. Bu, məruzənin siyasi məhbuslar, seçkilər və digər hissələri ilə bağlıdır. O, həmçinin qeyd edib ki, məruzənin bəzi hissələrində Avropa Birliyinin bir çox dövlətləri üçün xas olan problemlər Azərbaycan üçün spesifik olaraq göstərilib.

Xəbər lenti

Xəbər lenti