...

Azərbaycan prezidenti Qana Respublikasının başçısını təbrik edib

Siyasət Materials 5 Mart 2007 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Qana Respublikasının prezidenti Con Kofi Aqiyekum Kufuora təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda Azərbaycan prezidenti Qanalı həmkarını ölkəsinin Milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edir, ümidvar olduğunu bildirir ki, iki ölkə arasında yaranmış münasibətlər daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti