...

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsində sabiq iqtisadi inkişaf nazirinin qayınanası dindirilib

Siyasət Materials 14 Mart 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Martın 14-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsində sabiq iqtisadi inkişaf nazirinin qayınanası Zinyət Kərimova mülki cavabdeh qismində dindirilib. Z.Kərimova keçmiş səhiyyə nazirinə qarşı irəli sürülmüş qanunsuz özəlləşdirməyə dair dindirilib. O, ifadəsində göstərib ki, 15 saylı uşaq poliklinikası köçürüldükdən sonra, həmin binanın 59 kv. metrlik sahəsi özəlləşdirilib. Sonradan özəlləşdirilmiş həmin sahə Z.Kərimovaya satılıb.

Sonra təqsirləndirilən şəxslərdən biri Aleksandr Umnyaşkinin vəkili İsaxan Aşurov məhkəmədə vəsatətlə çıxış edib. Vəkil məhkəmədən tələb edib ki, A.Umnyaşkinə qarşı irəli sürülmüş 4 min AZN -nı mənimsəməsi ilə bağlı akt ibtidai istintaq tərəfindən məhkəməyə təqdim olunsun. Hakim vəsatəti təmin edib. Məhkəmə iclası şahid ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti