...

Deputatlar arasında baş verən insidentlə bağlı MM-in intizam komissiyası araşdırma aparacaq

Siyasət Materials 16 Mart 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ. Əlizadə/ Milli Məclisin bu günkü iclasında deputatlar Fəzail Ağamalı və Hüseyn Abdullaev arasında baş verən insidentlə bağlı spiker Oqtay Əsədov İntizam komissiyasına məsələni araşdırmaq tapşırığı verib. Bu barədə açıqlamanı Əsədov parlamentin davam edən iclasında verib.

İclasda növbədənkənar söz alan deputat Ağamalı isə spikerdən hadisə ilə bağlı ciddi addımlar atmağı xahiş edib. O bildirib ki, deputat Abdullayev birinci dəfə deyil ki, bu kimi hərəkətlərə yol verir: "Abdullayevin ətrafında 60-70 nəfər başıpozuq adamlar var. Bu da hüquq-mühafizə orqanlarına yaxşı məlumdur. Belə bir adamın parlamentdə qalması Milli Məclisə, Azərbaycana təhqirdir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti