...

Narkotiklərlə bağlı qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiklik ediləcək

Siyasət Materials 28 Mart 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları daimi komissiyalarının martın 28-də keçirilən birgə iclasında "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanun layihəsinin tətbiqi ilə əlaqədar Azərbaycanın bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, parlament "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanun qəbul edib. İndi müzakirəyə çıxarılan layihə adıçəkilən qanunun müddəalarının müvafiq qanunvericilik aktlarına tətbiq olunmasını nəzərdə tutur. Bu, eyni zamanda qanunun tətbiqini sadələşdiriləcək.

Narkomanların məcburi müalicəsi ilə bağlı qanunda öz əksini tapan müddəa deputatların ciddi müzakirəsinə səbəb olunb. Belə ki, qanunun tələblərinə görə, narkotik vasitələr qəbul edən şəxs ailəsi, yaxın adamları, qohumları üçün təhlükə törədəndə, uşaqlarının tərbiyyəsinə mənfi təsir gösətərəndə və dəfələrlə könüllü müalicədən imtina edəndə məhkəmənin qərarı ilə məcburi müalicəyə cəlb olunur.

Bir sıra millət vəkilləri qeyd ediblər ki, narkotik vasitələr qəbul edən şəxslərin məcburi müalicəyə cəlb olunması insan hüquqlarına ziddir. Digər millət vəkilləri isə hesab edirlər ki, narkomanların məcburi müalicəyə cəlb olunması zamanı onun ailəsi, yaxın adamları üçün nə qədər təhlükə törətdiyi ilə yanaşı cəmiyyət üçün də təhlükəlilik məsələsi də nəzərə alınmalıdır.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması tövsüyyə olunub.

Xəbər lenti

Xəbər lenti