...

DİP dünyanın gənc demokratik liderlər şəbəkəsində təmsil olunacaq

Siyasət Materials 29 Mart 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokratik İslahatlar Partiyasının nümayəndələri dünyanın gənc demokratik liderlər şəbəkəsinin yaradılması məqsədilə Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər. Bu barədə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Martın 31-dən aprelin 1-dək keçiriləcək toplantıya ayrı-ayrı ölkələrin liberal, demokratik siyasi partiyalarının rəhbərləri qatılacaqlar. DİP-in Siyasi Şura üzvləri Eldar Cahangirov və Mərdan Əfəndiyev beynəlxalq konfransda Azərbaycanı təmsil edəcəklər.

DİP konfransa gənc demokratik liderlər şəbəkəsinin təşkilat komitəsinin üzvü kimi dəvət alıb. Eldar Cahangirov tədbirdə "Demokratik hökumət və beynəlxalq əməkdaşlıq" mövzusunda məruzə ilə çıxış edəcək.

Müxalifətyönlü liberal partiya olan DİP-in sədri Asim Mollazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti