...

"Coğrafi obyektlərin adları haqqında" yeni qanun layihəsi hazırlanır

Siyasət Materials 12 Aprel 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Regional məsələlər daimi komissiyasında "Coğrafi obyektlərin adları haqqında" yeni qanun layihəsi hazırlanır. Bu barədə cümə axşamı Milli Məclisin Regional məsələlər daimi komissiyasından məlumat verilib. Layihədə Azərbaycanla yanaşı indiki Ermənistan və Gürcüstan ərzilərindəki tarixi Azərbaycan toponimləri də göstəriləcək.

Layihəni Milli Məclisin regional məsələlər daimi komissiyasının üzvü Fəzail İbrahimlinin rəhbərlik etdiyi İşçi Qrup hazırlayır.

İşçi Qrupdan verilən məlumata görə, BMT-də coğrafi adlarla bağlı müvafiq qətnamə var. Azərbaycan, Rusiya və Ukrayna nümayəndələrinin təklifi ilə BMT-dəki xüsusi şöbə buna razılıq verib. Qanunun qəbulundan sonra BMT-də həmin ölkələrin ərazilərində Azərbaycan toponimləri tanınacaq.

Yeni qanun, həmçinin ölkə ərazisində coğrafi obyektlərə ad verilməsi, onların köhnə adlarının bərpası, dəyişdirilməsi, habelə xalqımızın tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyektlərin adlarının normallaşdırılması, işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edəcək.

Hazırda sənəd ekspertizadan keçirilir. Ekspert rəyindən sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti