...

Azərbaycan prezidenti Tofiq Quliyevin 90 illiyi haqqında sərəncam imzalayıb

Siyasət Materials 1 İyun 2007 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri Tofiq Ələkbər oğlu Quliyevin anadan olmasının 90 illiyi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir. Tofiq Quliyevin yaradıcılığını XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biri adlandıran prezident qeyd edib ki, onun mahnıları və kino musiqiləri, estrada pyesləri və operettaları musiqi xəzinəmizin qızıl fonduna daxil olub.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının Tofiq Quliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti