...

Azərbaycan prezidenti Küveytin neft şirkətinin sədrini və ABŞ-ın GFİ şirkətinin prezidentini qəbul edib

Siyasət Materials 5 İyun 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Küveytin Xarici neft tədqiqat şirkətinin sədri və idarəetmə üzrə direktoru Bədr əl-Xaştini və ABŞ-ın GFİ neft və qaz şirkətinin prezidenti Riçard MakDuqalı qəbul edib. Bu barədə Trend xəbər verir.Dövlət başçısı ölkəmizin neft və qaz sektorunda böyük nailiyyətlər qazandığını və Azərbaycan iqtisadiyyatının çox böyük sürətlə artdığını vurğulayıb. Ölkəmizin xarici şirkətlərlə fəal əməkdaşlıq etdiyini söyləyən prezident bu şirkətlərin fəaliyyəti üçün Azərbaycanda çox əlverişli şərait yaradıldığını bildirib. Bədr əl-Xaşti rəhbərlik etdiyi şirkətin ABŞ-ın GFİ neft və qaz şirkəti ilə birlikdə Azərbaycanın energetika sahəsinin inkişafında iştirak etməyə böyük maraq göstərdiyini bildirib. O, dövlət başçısına Küveytin Xarici neft tədqiqat şirkətinin fəaliyyəti və ölkəmizlə əməkdaşlıq istəyinin perspektivləri ilə bağlı məlumat verib.

Xəbər lenti

Xəbər lenti