...

Ukrayndakı gürcü icması bütün gürcüstanlıları erməni separatçılarına qarşı mübarizəyə çağırır

Siyasət Materials 18 İyul 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Son zamanlar Gürcüstanın "Samsxe-Cavaxeti" regionunda yaşayan ermənilər Gürcüstan əleyhinə fəallaşıb və gürcü tarixini saxtalaşdırmağa başlayıblar. Bu barədə Ukraynadakı "Sakartvelo" gürcü cəmiyyətinin yaydığı bəyanatda deyilir. Çərşənbə günü yayılan sənəddə qeyd olunur ki, ermənilərin siyasi fəallığı Gürcüstanın dövlət maraqlarına ziddir.

Bildirilir ki, ermənilərə məxsus təşkilatlar olan "Virkx" partiyası, "Vahid Cavakx" demokratik alyansı, "Daşnaksütun" partiyasının bölməsi, "Arşalus", "Parvana", "Cavax" cəmiyyətləri hər cür cəhdlə çalışırlar ki, beynəlxalq ictimaiyyətə Samsxe-Cavaxetiyanı "qədim erməni torpağı" kimi təqdim etsinlər. Gələcəkdə "Böyük Ermənistan" yaratmaq üçün Samsxe-Cavaxetiyanı Ermənistana birləşdirmək ideyası artıq bu təşkilatlar üçün prioritet məsələyə çevrilib.

"Son zamanlar "Cavakxın milli azadlıq hərəkatı" adlı qurum fəallaşmağa başlayıb. Həmçinin yerli erməni əhalisi arasında separatçı əhval-ruhiyyə müşahidə edilir. Eyni vaxtda erməni daşnakları Livan, Suriya, Türkiyə, Dağlıq Qarabağ, həmçinin Ermənistandan olan erməni ailələrini Gürcüstanın Ninosminda və Axalkalaki rayanlarına köçürməyə başlayıblar. Samsxe-Cavaxetiyada erməni separatçılarının antigürcüstan fəaliyyəti Gürcüstan dövləti və xalqı üçün birbaşa təhdidə çevrilib" - deyə bəyanatda qeyd olunur.

Əlavə olunur ki, ermənilər eyni zamanda Samsxe-Cavaxetiyada hər cür yollarla gürcüləri, rusları, yunanları sıxışdırırlar. Qorolevka kəndində yaşayan "duxabor" ruslar erməni təzyiqlərinə dözməyərək yaşadığı doğma torpaqları tərk edirlər. Qandza kəndində erməni separatçıları bu regioanda sabitliyi poza biləcək silahlı bölük yaradıblar.

Ukraynadakı gürcü icması hesab edir ki, Gürcüstanın rəsmi oroqanları belə hadisələrə bəzən göz yumurlar və bu da Samsxe-Cavaxetiya ermənilərinin daha da əl-qol açmasına, anticürcüstan fəaliyyətlərini gücləndirməsinə şərait yaradır.

"Erməni separatçıları və təşkilatları Gürcüstan əleyhinə fəaliyyətlərinə dəstək almaq üçün Rusiya, Erməstan və bəzi Avropa ölkələri ilə danışıqlar da aparırlar. Samsxe-Cavaxetiyada erməni separatizminin genişlənməsi nəticəsində bölgədə Gürcüstanın əleyhinə yönələn arzuolunmaz proseslərin baş verməsi gözlənilir.

Erməni separatçıları Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, Samsxe-Cavaxetiyanın Ermənistana birləşdirilməsi ideyasından əl çəkməlidirlər" - deyə bəyanatda qeyd olunur.

"Sakartvelo" gürcü cəmiyyəti tələb edir ki, bütün gürcüstanlılar erməni separatçılarına qarşı mübarizədə birləşsinlər.

Xəbər lenti

Xəbər lenti